Milli Kitabxana Ulu Öndərlə bağlı elektron məlumat bazasını virtual rejimdə təqdim edib

A- A A+

Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış növbəti elektron məlumat bazası Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevə həsr edilib.

Kitabxanadan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev” adlı elektron məlumat bazası rəsmi sənədlər, Heydər Əliyev-əbədiyaşar şəxsiyyət, əsərləri, haqqında nəşrlər, mədəniyyətimizin inkişafının Heydər Əliyev mərhələsi, Heydər Əliyev dünya kitabxanalarında, Heydər Əliyev surəti bədii ədəbiyyat və incəsənətdə, xatirəsinin əbədiləşdirilməsi, fotoqalereya və videoqalereya bölmələrindən ibarətdir. Məlumat bazasında görkəmli ictimai-siyasi dövlət xadiminin həyatı, ictimai fəaliyyətinin əsas tarixləri, müdrik kəlamları, Azərbaycan, rus, ingilis və digər xarici dillərdə nəşr olunmuş kitabları, məqalələri, çıxışları, mədəniyyətlə bağlı fərman və sərəncamları, Milli Kitabxanada keçirilən tədbirlərdə iştirakına dair materiallar, təltifləri və digər sənədlər təqdim edilir. Elektron məlumat bazasında Azərbaycanın elm və ictimai-siyasi xadimləri ilə bərabər, dünyanın tanınmış dövlət xadimlərinin də ulu öndər haqqında fikirləri, mülahizələri öz əksini tapıb. Bazada təqdim olunan “Heydər Əliyev dünya kitabxanalarında” bölməsində dünya milli kitabxanalarında və aparıcı universitet kitabxanalarında Ulu Öndərin mühafizə olunan əsərləri və onun haqqında materiallar toplanıb.

Elektron məlumat bazasında təqdim olunan resurslar tam mətni ilə verilib. Baza ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər. http://anl.az/el/emb/H.Aliyev/index.html  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: