Əbdürrəhim bəy Haqverdiyevin 150  illik yubileyinə həsr edilən onlayn  konfrans

600

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinə  həsr olunan onlayn  konfrans  AMEA Naxçıvan bölməsində   baş tutub.

Konfransda Bölmənin sədri,akademik İsmayıl Hacıyev Əbdürrəhim bəy Haqverdiyevin Azərbaycan ədəbiyyatı və mədəniyyəti sahəsindəki xidmətlərindən danışıb.

Çıxış edənlər Əbdürrəhim bəy Haqverdiyevin ölməz dram əsərləri, felyetonları və hekayələrindən danışıblar. Yazıçının dramaturgiyası, bədii nəsrimizin tarixindəki mövqeyi, Naxçıvan teatr səhnəsində oynanılan pyesləri konfrans iştirakçılarının diqqətinə çatdırılıb. 

Qeyd edək  ki, ölkə başçısı bu il realist Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Dramaturqun adı UNESKO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilib.

 

 

                                                       Nurlana Əhmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: