Mədəniyyət və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC), Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşan “Azərbaycanım” adlı üçüncü respublika rəsm müsabiqəsinə qeydiyyat başa çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, müsabiqə 21 yaşadək olan gənc və yeniyetmələr üçün təşkil olunur.
Yaxın günlərdə, müsabiqədə seçilmiş əsərlər və onlardan ibarət onlayn sərgi barədə ictimaiyyətə məlumat veriləcək.