“Ölülər və dəlilər” tamaşası onlayn izlənildi

A- A A+

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında növbəti onlayn tamaşa nümayiş olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tamaşaçılar bu dəfə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq və yazıçı Cəlil Məmmədquluzadənin bir neçə əsəri əsasında hazırlanmış “Ölülər və dəlilər” tamaşasını izləyiblər.

Cəlil Məmmədquluzadənin bir neçə əsərinin motivləri əsasında  hazırlanan tamaşanın quruluşçu rejissorları Azərbaycan Respublikasının əməkdar artistləri Tofiq Seyidov və Nurbəniz Niftəliyevadır. Musiqi tərtibatçısı Ariz Ağayev, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Səyyad Bayramovdur.

“Ölülər və dəlilər” tamaşası Naxçıvan Dövlət Televiziyasında və onun internet resurslarında, o cümlədən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sayt və sosial şəbəkə hesablarında canlı yayımlanıb.

Qeyd edək ki, Mədəniyyət nazirliyi və Naxçıvan Televiziyası mütəmadi olaraq son vaxtlar teatr tamaşaları ilə yanaşı, muzeylərə  də onlayn ekskursiyaları  izləyicilərə təqdim edirlər.

 

                                                           Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: