Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş videobağlantı formatında tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illik yubileyinin qeyd olunması haqqında Sərəncamını diqqətə çatdıran  institutun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Çapay Quliyev bildirib ki, bu gün institutumuzda böyük dramaturqun yubileyinin keçirilməsi milli-mənəvi irsimizin qorunaraq gələcək nəsillərə ötürülməsində mühüm əhəmiyyət kəsb edir.  

Çıxış edənlər milli teatr və musiqimizin inkişafı ilə dərindən bağlı olan, həm yaradıcı, həm də təşkilatçı kimi bu sənət sahələrinin tərəqqisi yolunda ardıcıl və səmərəli fəaliyyət göstərən dramaturqun Azərbaycan ictimai-ədəbi və mədəni fikir tarixində özünəməxsus yerindən danışıblar.

Sonda  ədibin yaradıcılığının müxtəlif məqamlarına  həsr olunmuş məruzələr dinlənilib.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: