Naxçıvanda onlayn şəkildə keçirilən asfalt üzərində rəsm müsabiqəsinin iştirakçılarına hədiyyələr verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN Informasiya Agentliyi xəbər verir ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə sağlamlıq imkanları məhdud uşaqlar arasında ilk dəfə onlayn şəkildə asfalt üzərində “Naxçıvan - Tarixi Abidələr Diyarı” mövzusunda rəsm müsabiqəsi təşkil olunub.  Müsabiqə sosial könüllülərin iştirakı ilə ilk dəfə olaraq video-formatda keçirilib  və turizm əhəmiyyətli məkanları əhatə edib.

İştirakçılar Naxçıvan şəhərində yerləşən Yusif Küseyir oğlu və Mömünə xatın türbələri, Saat Meydanı, Sahil Parkı,  Xan sarayı, Hüseyn Cavid məqbərəsi kimi tarixi məkanlarda olub, onların rəsmini  asfalt üzərində təsvir ediblər.

Tədbirin sonunda müsabiqə iştirakçılarına hədiyyələr verilib, sosial könüllülər təltif olunub.

Qeyd edək ki, belə tədbirlərin keçirilməsi sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.

       

Nurlan Sadiqov

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: