“28 May Respublika gününə” həsr olunan onlayn konsert - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Heydər Əliyev Sarayında Naxçıvan Dövlət Filarmoniyasının Estrada orkestirinin “28 May Respublika Gününə” həsr olunan onlayn konserti olub.

Heydər Əliyev Sarayından təqdim edilən onlayn konsert Naxçıvan Dövlət Televiziyasında və onun internet resurslarında, o cümlədən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sayt və sosial şəbəkə hesablarında canlı yayımlanıb.

Konsert Eldar Mansurovun “Bayram Marşı” ilə başlayıb.  Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən sevilən parçalar ilə davam edib.

Qeyd edək ki onlayn tamaşalar, konsertlər və muzeylərə  onlayn ekskursiyaları bundan sonra da davam etdiriləcək.

                                                           Sadiq Məmmədov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: