Respublika Günü münasibətilə Türkiyənin “Bengü Türk” televiziyasında xüsusi veriliş yayımlanıb - FOTOLAR

1050

Türkiyənin “Bengü Türk” televiziya kanalında yayımlanan “Azərbaycan rüzgarı” proqramının növbəti verilişi Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 102-ci ildönümünə həsr olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həmyerlimiz Səidə Ömərin təqdimatında bir ildən artıq Azərbaycan həqiqətləri ilə Türkiyə ekranlarına gələn proqramın növbəti nömrəsində Türkiyənin məşhur sənətçiləri yeni növ koronavirusla mübarizə tədbirləri ilə əlaqədar olaraq evlərindən videogörüntü ilə Azərbaycanı salamlayıb, ürək sözlərini canlı ifalarla çatdırıblar. Bayram proqramında, həmçinin Türkiyənin ictimaiyyət və siyasət nümayəndələri Azərbaycana təbrik mesajlarını ünvanlayıblar.
Verilişdə, Azərbaycanın müstəqillik və inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub, S.Ömərin ifasında Azərbaycanın görkəmli şairlərinin şerlərini səsləndirilib, milli rəqslər ifa edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: