AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, iclas Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti və Naxçıvan Dövlət Universitetinin mütəxəssislərinin iştirakı ilə baş tutub.
İclasda həyata keçirilən ekspedisiyaların nəticələri və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.
Tədbirdə “İlandağ” geoparkının sərhədlərinin dəqiqləşdirilməsi, geoloji, geomorfoloji, landşaft, ekoloji, biomüxtəliflik xəritlərinin hazırlanması, tarix-memarlıq və arxeoloji obyektlər barədə kompüter məlumat bazasının yaradılması, həmçinin ərazidə infrastruktur obyektlərinin müvafiq tələblərə uyğun yenidən qurulmasına dair təkliflərin hazırlanması müzakirə olunub və lazımı tapşırıqlar verilib.