“Milli ornamentlərimiz rəsm əsərlərində” adlı rəsm müsabiqəsinin nəticələri elan olundu - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən keçirilən “Milli ornamentlərimiz rəsm əsərlərində” adlı rəsm müsabiqəsi yekunlaşıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, onlayn müsabiqəyə ümumilikdə 93 nəfər uşaq, yeniyetmə və gəncin 148 rəsm əsəri buraxılıb. Bunlardan 7-12 yaş kateqoriyası üzrə 31 nəfər 45 rəsm əsəri, 13-17 yaş kateqoriyası üzrə isə 50 nəfər 82 rəsm əsəri, 18-29 yaş kateqoriyası üzrə12 nəfər 21 rəsm əsəri təqdim edib.

Münsiflər Heyətinin yekun qərarına əsasən qaliblər və müsabiqədə fərqlənən şəxslər aşağıdakı kimi müəyyən edilib.

7-12 YAŞ KATEQORİYASI ÜZRƏ:

I yerin qalibi:

1. Bakı şəhəri Binəqədi rayon 248 nömrəli tam orta məktəbin şagirdi Nəcəfova Zeynəb Seyran qızı (9 yaş)

II yerin qalibi:

1. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi 5 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdi Kazımova Şəbnəm Arzuman qızı (12 yaş)

III yerin qalibi:

1. Sumqayıt şəhəri Verbal Tədris Mərkəzinin şagirdi Əmirxanlı Ruqəyyə Samir qızı (8 yaş)

Fəxri fərmanla təltif edilənlər:

1. Xətai rayonunun Asudə Vaxt Mərkəzinin rəsm kursunun şagirdi Əhmədova Gülya Məcnun qızı (11 yaş)

2. Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin şagirdi Şahsuvarlı Faiq Elnur oğlu  (12 yaş)

3. Bakı şəhəri Nəriman Nərimanov adına 248 nömrəli tam orta məktəbin şagirdi Nadirova Aysu Şahin qızı (10 yaş)

4. Bakı şəhəri 159 nömrəli tam orta məktəbin çagirdi Əlisoy Nəzrin Samir qızı (9 yaş)

5. Culfa Şəhər Klubu "Bacarıqlı əllər" dərnəyinin üzvü Mirzəyeva Fatimə Fail qızı (11 yaş)

13-17 YAŞ KATEQORİYASI ÜZRƏ:

I yerin qalibi:

1.Naxçıvan şəhər  12 nömrəli tam orta məktəbin şagirdi Hacıyeva Əzizə Telman qızı (17 yaş)

II yerin qalibi:

1. Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin şagirdi Zamanlı Şənay Toğrul qızı (13 yaş)

III yerin qalibi:

1. Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin şagirdi Qasımlı Murad Sakit oğlu  (13 yaş)

Fəxri fərmanla təltif edilənlər:

1.Babək rayon Zeynəddin kənd tam orta məktəbinin şagirdi Nağıyeva Zeynəb Orxan qızı (16 yaş)

2. Babək rayon Sirab kənd tam orta məktəbinin şagirdi Ələkbərova Fatimə Faiq qızı (14 yaş)

3. Babək Rayon Vayxır Kənd Mədəniyyət Evinin rəsm dərnəyinin üzvü Qarayeva Fidan Adəm qızı (14 yaş)

4. Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin şagirdi  İsmayılov Rəşid Mahir oğlu (13 yaş)

5. Şərur Şəhər Bəhruz Kəngərli adına Uşaq İncəsənət Məktəbinin şagirdi Mirzəyeva Xanımzər Kamran qızı (13 yaş)

6. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi 5 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdi Şirinova Ləman Ənvər qızı (14 yaş)

7. Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Hacıyeva Aygün Emin qızı (15 yaş)

8. Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin şagirdi Yusifova Aygün Aqil qızı (15 yaş)

9. Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin şagirdi Tahirov Bayram Tural oğlu (13 yaş)

10. Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin şagirdi Abbasov Pərvin Eldəniz oğlu (14 yaş)

18-29 YAŞ KATEQORİYASI ÜZRƏ:

I yerin qalibi:

1. Naxçıvan Dövlət Universitetinin təsviri incəsənət ixtisası üzrə tələbəsi Əsədova Türkan İlham qızı (18 yaş)

  III yerin qalibi:

1. Naxçıvan Şəhər Xalq Teatrının rəssamı Axundova Nərmin Əbülfəz qızı (22 yaş)

7-12 yaş kateqoriyası üzrə qaliblər diplom və hədiyyələr ilə, 13-17 yaş kateqoriyası üzrə 1-ci yerin qalibi 150 AZN və diplomla, 2-ci yerin qalibi 100 AZN və diplomla, 3-cü yerin qalibi 50 AZN mükafat və diplomla təltif olunur. 18-29 yaş kateqoriyası üzrə 1-ci yerin qalibi 300 AZN və diplomla, 3-cü yerin qalibi 100 AZN mükafat və diplomla təltif olunur. Hər üç yaş kateqoriyası üzrə fərqlənən iştirakçılara fəxri fərmanlar təqdim edilir. Diplom, mükafat və fəxri fərmanlar qalib gələn və fərqlənən iştirakçıların evlərinə çatdırılacaqdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: