Kino tarixində ən populyar film qəhrəmanının adı açıqlanıb

A- A A+

“Empire” jurnalının oxucuları kino tarixində ən populyar film qəhrəmanı seçib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, jurnalın tərtib etdiyi reytinqə arxeoloq İndiana Cons başçılıq edir. Filmlər seriyasında onu amerikalı aktyor Harrison Ford canlandırıb.

Populyarlığına görə ikinci və üçüncü yerlərdə müvafiq olaraq “Yad” filminin qəhrəmanı Ellen Ripli və “Dəmir adam” filminin personajı Marvel qərarlaşıb. Siyahıda sonrakı yerləri “Ulduz müharibələri” filmindən tanıdığımız Kapitan Amerika, Lyuk Skayuoker və şahzadə Leya, həmçinin Betmen, Supermen və Qara Pantera tutublar.

Qeyd edək ki, bir qədər əvvəl KİV-də “Lucasfilm” studiyasının İndiana Consun sərgüzəştləri barədə filmin davamını ekranlaşdıracağı barədə məlumatlar yayılıb. Əvvəlki seriyalarda olduğu kimi, baş rolda yenə 77 yaşlı Harrison Fordun çəkilməsi planlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: