ABŞ-ın Kino Akademiyası “Oskar” mükafatlandırılmasında “Ən yaxşı film” nominasiyası üzrə namizədlərin seçimini tam olaraq 10 ekran əsəri əsasında aparacaq.
NUHÇIXAN İnformasiya Agentliyi TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat akademiyanın saytında yer alıb.
Məlumatda qeyd olunub ki, 94-cü mükafatlandırma mərasimindən başlayaraq namizədlərin sayı əvvəlki kimi dəyişkən olmayacaq. Eyni zamanda, akademiyada qadın nümayəndələrinin sayının artırılması məqsədi də qarşıya qoyulub. Filmlərin seçimində yeni kriteriyaları nəzərə almaqdan ötrü işçi qrupunun yaradılması prosesinə başlanılıb.