Heydər Əliyev Sarayında “15 iyun Milli Qurtuluş Günü”nə həsr olunmuş onlayn konsert - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Heydər Əliyev Sarayında “15 iyun Milli Qurtuluş Günü”nə həsr olunmuş onlayn konsert olub.  Naxçıvan Dövlət Filarmoniyası Kamera Orkestrinin təqdim etdiyi konsert Naxçıvan televiziyasından canlı yayımlanıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən və mədəniyyətimizə göstərdiyi qayğıdan danışıb.

Sonra Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri konsert proqramı ilə çıxış edib. Konsert Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə başlayıb. Repertuarda olan mahnıları və musiqi nömrələrini Azərbaycan Respublikasının əməkdar artistləri Tural Nəcəfov, Mübariz Əsgərov və Gülyanaq Fərzəliyeva, gənc ifaçılar Bəsti Qasımova, İlkin Abdullayev və skripka ifaçıları Cahangir Qurbanov və Ceyhun Süleymanlı ifa ediblər.

Rəqs kollektivlərinin ifa etdiyi rəqslər onlayn olaraq Naxçıvan televiziyasının tamaşaçılarına təqdim olunub.

                                                                      Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: