Konservatoriyanın onlayn hesabat konserti izləyicilərdə xoş ovqat yaradıb - FOTOLAR

A- A A+

Naxçıvan Dövlət Universitetində İncəsənət fakültəsi Fortepiano kafedrasının onlayn hesabat konserti keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi məlumat verir ki, Universitetin rəsmi facebook səhifəsindən canlı yayımlanan konsertdə əvvəlcə “Naxçıvanım” mahnısı İlkin Abdullayevin təqdimatında səsləndirilib. Azərbaycanın məşhur bəstəkarları F.Şücəddinovun, V. Adıgözəlovun,  F. Bədəlbəylinin, T. Quliyevin, A. Məlikovun, E. İbrahimovanın bəstələri tələbə və müəllimlərin ifasında izləyicilərə xoş ovqat bəxş edib. F. Şopen, S. Raxmaninov, L. V. Bethoven, Rikkardo Koçante və digər xarici ölkə bəstəkarlarının əsərlərinin də səsləndirildiyi konsertdə ümumilikdə 20 əsər ifa edilib.   Pianoda  tələbələri kafedranın peşəkar müəllimləri müşayiət ediblər.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: