Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Turizm Nazirlərinin V konfransı keçiriləcək.
Türk Şurasından NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, videoformatla təşkil olunacaq konfransa quruma üzv ölkələrlə yanaşı Macarıstanın turizm naziri də qatılacaq.
Türk Şurasının Baş katibliyi tərəfindən iyunun 23-də təşkil olunacaq konfransda nazirlər yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən iflic vəziyyətinə düşən turizm sektorunda canlanma yaratmaq üçün vəziyyətdən çıxış yolunu müzakirə edəcəklər.
Konfrans çərçivəsində Türk Şurasının “Modern İpək Yolu Turu” layihəsinə aid təqdimat olacaq.