“Aydın” pyesi Naxçıvan teatrında - FOTOLAR

A- A A+

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında görkəmli şair, yazıçı və dramaturq Cəfər Cabbarlının  “Aydın” pyesi tamaşaya qoyulur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tamaşanın quruluşçu rejissoru və rəssamı Həcərxanım Məmmədova, musiqi tərtibatçısı Səyyad Məmmədovdur.Tamaşada əsas rolları gənc aktyorlar ifa edirlər. 

Aydın pyesinin əsas leytmotivində insanın özünə inamı, ona qarşı olan məkrli münasibətlərə qarşı apardığı mübarizə dayanır. Əsərin qəhrəmanı olan  Aydın cəmiyyətin təsiri ilə  ruhi əzablara düçar olsa da mənəvi gözəlliyini, insani saflığını itirmir.  

Tamaşa yaxın vaxtlarda izləyicilərə təqdim ediləcək.

 

Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: