Naxçıvanda növbəti onlayn konsert Məmməd Məmmədovun yubileyinə həsr olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Heydər Əliyev Sarayında Naxçıvan Dövlət Filarmoniyasının Xalq Calğı Alətləri Orkestrinin konserti olub. Onlayn konsert bəstəkar Məmməd Məmmədovun anadan olmasının yüz illik yubileyinə həsr edilib.

Konsert Naxçıvan Dövlət Televiziyasında və onun internet resurslarında, o cümlədən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sayt və sosial şəbəkə hesablarında canlı yayımlanıb.

Konsertdə bəstəkar Məmməd Məmmədovun əsərləri ifa olunub. Müsiqi sevərlərə əvvəlcə “Azərbaycanım” mahnısı təqdim edilib.  Kollektiv bəstəkarın əsərlərindən “Olaydım mən”, “Yar gəlmədi” və digər sevilən mahnıları ilə konserti davam etdirib.

Qeyd edək ki, onlayn tamaşalar, konsertlər və muzeylərə  onlayn ekskursiyalar və onların Naxçıvan televiziyasında yayımı bundan sonra da davam etdiriləcək.

 

Sadiq Məmmədov

 

.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: