Naxçıvan Dövlət Filarmoniyası konsert verib - FOTOLAR
Naxçıvan Dövlət Filarmoniyasının kamera orkestrinin “Naxçıvan İslam Mədəniyyətinin paytaxtı 2018”-ə həsr olunan konserti keçirilib. Filarmoniyanın kiçik zalında təqdim edilən konserti musiqisevərlə maraqla
izləyib.
NUHÇIXAN xəbər verir ki, orkestrin bədii rəhbəri, Azərbaycan Respublikasının Xalq artisti Çingiz Axundovun dirijorluğu ilə keçirilən konsertdə gənc solistlərdən Rahim Əsgərzadənin, İlkin Abdullayevin eləcə də əməkdar artistlər Gülyanaq Fərzəliyeva və Mübariz Əsgərov və Azər Cəfərli korifey sənətkarların mahnılarını ifa ediblər. Konsertdə orkestrin müşayəti ilə Mahir Məmmədovun balabanda səsləndirdiyi “Gözəlim sənsən” xalq mahnısı xüsusilə seçilib.
Aygün Hüseynli