Türkiyənin Amasiya şəhərində oktyabrın 25-dən 27-dək “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ilində Türkiyə-Azərbaycan əlaqələri” mövzusunda simpozium keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, simpozium Amasiya Universiteti, Amasiya Universiteti Sosial və Strateji Araşdırmalar Mərkəzi, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Azərbaycan Türkləri Mədəniyyət, İncəsənət və Həmrəylik Dərnəyi tərəfindən təşkil ediləcək.
Simpoziumda tarix, ədəbiyyat və incəsənətə aid müxtəlif mövzularda məruzələr dinləniləcək.