Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr olunmuş xüsusi poçt markaları İspaniyada dövriyyəyə buraxılıb - FOTOLAR

A- A A+

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir və publisist Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 31 yanvar tarixli Sərəncamının icrası ilə əlaqədar Azərbaycanın İspaniyadakı səfirliyinin təşəbbüsü ilə İspaniyanın Dövlət Poçt və Teleqraf Cəmiyyəti tərəfindən xüsusi poçt markaları hazırlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Üzərində Əbdürrəhim bəy Haqverdiyevin təsvirini özündə əks etdirən poçt markaları bütün İspaniya ərazisində dövriyyəyə buraxılıb.

Xatirladaq ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq səfirlik tərəfindən bundan əvvəl də, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileylərinə həsr olunmuş xüsusi poçt markaları hazırlanaraq dövriyyəyə buraxılmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: