Naxçıvantravel yeni saytını təqdim edib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turistlər bu saytda Naxçıvanla bağlı istənilən məlumatı  əldə edə biləcəklər.  

“Nakhchivan travel” şirkətinin yeni saytının yaradılmasında əsas məqsəd muxtar respublikanın  turizm potensialı haqqında geniş məlumat verməklə Naxçıvana turist axınını sürətləndirməkdir.

Turistlər saytın “Daxili turlar” bölməsinə daxil olmaqla muxtar respublikanın  turist marşrutları ilə  yaxından tanış ola və gedəcəyi yerlər barəsində ətraflı məlumat əldə edə bilərlər. Həmçinin buradakı bütün otellərlə bağlı məlumatlar, yerləşmə yerləri, otaqların sahəsi və oteldə göstərilən xidmətlər də bölmədə yerləşdirilib.

www.nakhchivantravel.com saytına  daxil olmaqla  ölkədaxili və ölkəxarici turlarla yanaşı, turizmlə bağlı bir sıra xidmətlərdən də yararlanmaq mümkündür. Saytın canlı bağlantı bölməsində turistləri maraqlandıran bütün suallar operativ cavablandırılacaq.

“Nakhchivan travel” şirkəti dünyanın 100 ölkəsinə aviabiletlərin bronlaşdırılması, turistlər üçün otel və gəzinti turlarının səmərəli təşkilinə də zəmanət verir. Bu baxımdan saytın əhəmiyyəti daha da artır.  Turistlər saytın “Xidmətlər” bölməsinə daxil olmaqla aviabiletlər, tur bələdçi, tərcümə, viza dəstəyi, nəqliyyat, transfer, səfər sığortası və bir çox xidmətlərdən yararlana bilər. Naxçıvana səyahət etmək istəyən turistlər öz istəklərinə uyğun olaraq əvvəlcədən tur paketi yarada və sifariş verə bilər.

Qeyd edək ki, sayt Naxçıvanın turizm potensialını, tarixini, mədəniyyətini, adət-ənənələrini, təbii gözəlliklərini  əks etdirən fotoşəkil və videoçarxlarla daha da zənginləşdirilib. Dünyanın müxtəlif yerlərindən qədim diyara gələn turistlərin təəssüratlarının əks olunduğu fotoşəkillər diqqəti daha çox cəlb edir.

Azərbaycan və İngilis dillərində olan www.nakhchivantravel.com turistlərə hər iki dildə muxtar respublika haqqında bütün məlumatları təqdim edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: