Çinin Tibet muxtar regionunun Markam qəzasının 7 qəsəbəsindən tələbə və rəsmi şəxslər də daxil olmaqla 3 mindən çox adam açıq havada tibetlilərin ənənəvi Sienci folklor şousunu təqdim edib.
NUHÇIXAN İnformasiya Agentliyi Çin Mərkəzi Televiziyasına (CCTV) istinadla xəbər verir ki, Dünya Rekord Sertifikasiyası Agentliyi (WRCA) bu şounu dünyada bu tip ən böyük şou kimi qiymətləndirib və müvafiq sertifikat təqdim olunub.
Tarixi VII əsrə gedib çıxan Sienci rəqsi eyniadlı musiqi alətinin istifadə olunmaqla ifa edilən kütləvi folklor nümunəsidir. Bu rəqs 2006-cı ildə Çində milli qeyri-maddi mədəni irs siyahısına daxil edilib.