M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü münasibətilə muğamsevərlər üçün eyniadlı virtual sərgini təqdim edib.
Kitabxanadan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, artıq dünya ölkələrində Azərbaycan muğamı birmənalı olaraq qəbul edilib, dünyanın mədəni irs siyahısında nadir əsər tək qorunur və təqdim olunur. Hər il 26 avqust- Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü kimi qeyd edilən bu bayram bütün muğamsevərlərin, xüsusilə də, bu sənət növünü yaşadan və onun təbliğinə öz yaradıcılıq və həyat yolunu həsr edən şəxslərin bayramıdır.
Virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin muğam sənəti haqqında fikirləri, fotolar, mövzuya dair kitab və məqalələr tam mətnləri ilə təqdim olunur.