Bu gün Londonda Buker mükafatının qalibi məlum olacaq

A- A A+

Bu gün Londonda ingilis dilində ədəbiyyat sahəsində təqdim edilən Buker mükafatının (“The Man Booker Prize”) qalibinin adı açıqlanacaq. Bu nüfuzlu mükafat uğrunda altı yazıçı mübarizə aparır.

NUHÇIXAN İnformasiya Agentliyi “Rossiya Kultura” telekanalının saytına istinadla xəbər verir ki, qısa siyahıya düşən finalçıların adları aprelin 2-də çəkilib. Alman müəllif Daniel Kelman “Til” əsəri ilə, yaponiyalı yazıçı Yoko Oqava “Xatirə polisi” romanı ilə, iranlı müəllif Şükufə Azər “Alça ağacının nurlanması”, argentinalı Qabriela Kamara “Çin dəmirinin macəraları” əsəri ilə, Niderland sakini Marika Lukas Reyneveld “Axşam narahatçılığı” kitabı ilə, həmçinin meksikalı Fernanda Melxor “Qasırğalar mövsümü” əsəri ilə namizədlər siyahısındadırlar.

Buker mükafatının təqdimatı ilk dəfə 1969-cu ildə keçirilib. Əvvəlcə mükafat Britaniya Birliyi ölkələrindən birində, İrlandiya və ya Zimbabvedə yaşayan müəllifə ingilis dilində olan əsərə görə təqdim edilirdi.

Beynəlxalq Buker mükafatı 2004-cü ildə təsis edilib və 2016-cı ilədək iki ildən bir təqdim edilib. İndi bu mükafat ədəbiyyat sahəsində nailiyyətlərə görə hər il təqdim olunur. İngilis dilinə tərcümə edilmiş, Birləşmiş Krallıq, yaxud İrlandiyada çap olunmuş hər hansı kitabın müəllifi mükafatın qalibi ola bilər. Ötən il mükafatı kanadalı yazıçı Marqaret Etvud və britaniyalı Bernardin Evaristo öz aralarında bölüşüblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: