Naxçıvan Dövlət Rəsm Qalereyasına onlayn ekskursiya təşkil olunub - FOTOLAR

A- A A+

1982-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Naxçıvan Dövlət Rəsm Qalereyasının missiyası Azərbaycanda, əsasən də Naxçıvan Muxtar Respublikasında yaşayıb-yaradan, fəaliyyət göstərən rəssamların həyat və yaradıcılığının öyrənilməsi, həmçinin onların əsərlərini təbliğ etmək, sərgiləmək, qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaqdır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Qalerayaya təşkil olunan onlayn ekskursiyada muzeyin  bələdçisi səsləndirib.

Vurğulanıb ki, Naxçıvan Dövlət Rəsm Qalereyasının fondunda 150-dən çox rəssamın 500-ə yaxın rəsm əsəri mühafizə olunur. Hazırda ekspozisiya zalında 100-ə yaxın rəsm əsəri nümayiş etdirilməkdədir.

Qeyd edək ki, onlayn ekskursiya Naxçıvan Dövlət Televiziyasında və onun internet resurslarında, o cümlədən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sayt və sosial şəbəkə hesablarında  canlı yayımlanıb.

                                                            Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: