Naxçıvanda ilk dəfə açıq havada film nümayiş olunub

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Film Fondu tərəfindən “Əyləncə adası” İstirahət Parkında açıq havada ilk dəfə olaraq “Eviniz abad” filmi nümayiş olunub.

“Eviniz abad” bədii filmi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında gürcü kinematoqrafçıları ilə birgə 2018-ci ildə istehsal olunub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Film Fondu tərəfindən sentyabr ayı ərzində həftədə bir dəfə olmaqla, “Əyləncə adası” İstirahət Parkında açıq havada dünya və Azərbaycan kinosundan filmlər nümayiş olunacaq.

 Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: