ICOMAM Beynəlxalq Komitəsinin növbəti konfransı Azərbaycanda keçiriləcək

A- A A+

2023-cü ildə ICOMAM (Hərb tarixi, tədqiqatlar və silah kolleksiyaları) Beynəlxalq Komitəsinin konfransının Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib.

Mədəniyyət Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu qərar “Qəsr” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyinin İdarə Heyətinin üzvü və sədrin birinci müavini, ICOMAM Beynəlxalq Komitənin İdarə Heyətinin üzvü (2007-ci ildən), tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlovun təqdimatı əsasında qəbul olunub.

ICOMAM Beynəlxalq Komitəsinin 2019-cu il 1-7 sentyabr tarixlərində Yaponiyanın Kioto şəhərində Beynəlxalq Muzeylər Şurasının 25-ci Baş Konfransı çərçivəsində keçirilən iclasında Pərvin Gözəlov ICOMAM Beynəlxalq Komitəsinin İdarə Heyətinin üzvü seçilib.

Qeyd etmək lazımdır ki, ölkənin mədəni həyatında ilk dəfə olaraq ICOMAM Beynəlxalq Komitəsinin konfransı ölkəmizdə keçiriləcəkdir. Konfransda hərbi tarix və silah kolleksiyaları üzrə beynəlxalq səviyyəli mütəxəssislər, ekspertlər və alimlər iştirak edəcəklər.

Məlumat üçün bildiririk ki, Beynəlxalq Muzeylər Şurası 1946-cı ildə yaradılıb və bu gün 138 ölkənin mütəxəssislərini birləşdirərək 44 686 üzvü var. Şuranın tərkibində 118 Milli Komitə və 32 Beynəlxalq Komitə fəaliyyət göstərir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: