“Milli Musiqi Günü”nə həsr olunmuş onlayn konfrans keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, onlayn konfrans uşaq musiqi, incəsənət və sənətkarlıq məktəblərinin müəllimlərinin iştirakı ilə baş tutub. Konfransda qeyd olunub ki, 18 sentyabr musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəylinin doğum günüdür. Həmin gün təkcə musiqisevərlərin deyil, həm də bütün xalqımızın bayramıdır.
1995-ci ildə isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın “Milli Musiqi Günü” kimi qeyd olunması qərara alınıb.
Tədbirdə çıxış edənlər Azərbaycanın musiqi mədəniyyəti tarixindən, dahi bəstəkarın mədəniyyətimiz qarşısındakı əvəzsiz xidmətlərindən danışıb.
Tədbir diskusiya şəklində davam etdirilib.