Naxçıvanda “Milli Musiqi Günü” münasibətilə canlı konsert təşkil olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi  xəbər verir ki, Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin bayram günü münasibət ilə hazırladığı  konsert Naxçıvan şəhərindəki Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının arxasındakı yaşıllıq parkında təşkil olunub.

Konsert Eldar Mansurovun “Odlar yurdu” mahnısı ilə başlayıb. Naxçıvan Dövlət Filarmoniyasının solistlərindən Azərbaycan Respublikasının Əməkdar artistləri Mübariz Əsgərov, Tural Nəcəfov, Gülyanaq Fərzəliyeva, Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri Elçin Nağıyev, Ruhiyyə Hüseynova, Azər Cəfərli, müğənnilərdən Samir İsmayılov, Rahim Əsgərzadə, Nağı Nağızadə, İlkin Abdullayev dünya şöhrətli bəstəkarlarımızdan  Emin Sabitoğlunun, Nəriman Əzimovun, Fikrət Əmirovun, Elza İbrahimovanın, Müslüm Maqomayevin, Oqtay Kazıminin, Vasif Adıgözəlovun, Tofiq Quliyevin və başqalarının mahnılarını ifa ediblər. Naxçıvan Dövlət Televiziyasında və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin internet resuslarında da canlı olaraq yayımlanan bayram konsertində tamaşaçı və izləyicilərə dünya və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət musiqi əsərləri ilə yanaşı müxtəlif rəqs nömrələri də təqdim olunub.

 Naxçıvan Dövlət Filarmoniyasının rəqs kollektivinin “Atəşgah” rəqsi ilə başa çatan konsert tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: