Əcəmi Seyrəngahında “Yoqa Günü” - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bazar günü Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə Əcəmi Seyrəngahında “Sağlamlıq üçün hərəkətə keç” devizi ilə “Yoqa Günü”nü keçirilib.
Təlimçi Əsmər Rzayevanın iştirakı ilə keçirilən təlimdə iştirakçılara yoqanın əhəmiyyəti barədə məlumat verilib, müxtəlif hərəkətlər nümayiş olunub.
Günün keçirilməsində məqsəd telefon və digər elektron vasitələrdən uzaq, yoqa və meditasiya vasitəsi ilə gənclərin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təbliğidir. Bu təlim nizamlı olaraq aparılarsa, yaxşı nəticələr əldə etmək mümkündür.
Röyal Kərimov