NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görkəmli dramaturq Cəfər Cabbarlının “Aydın” dramı əsasında hazırlanmış eyniadlı tamaşa ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı 138-ci teatr mövsümünü açıb.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova tədbirdə çıxış edərək bildirib ki, 1883-cü il mayın 11-də əsası qoyulan və bu gün 138-ci mövsümünə başlayan Naxçıvan teatrı həmişə Azərbaycan teatr hərəkatının önündə gedərək tamaşaçıların mənəvi və estetik tərbiyəsində mühüm rol oynayıb, bəşəri və milli məsələləri səhnəyə gətirməklə daim tamaşaçı sevgisi qazanıb.
Mədəniyyət naziri Teatrın kollektivini və teatrsevərləri 138-ci teatr mövsümünün açılışı münasibətilə təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb.
Sonra “Aydın” tamaşası göstərilib.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı gənc rejissor Həcərxanım Məmmədova, rejissoru və səhnə tərtibatçısı Səyyad Məmmədovdur.