UNESCO Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətlə bağlı bəyanat yayıb

A- A A+

UNESCO Ermənistan ilə Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətlə bağlı bəyanat yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sənəddə Birləşmiş Millətlər Təşkilatının Baş katibinin 5 oktyabr tarixli bəyanatına uyğun olaraq, UNESCO-nun Dağlıq Qarabağ münaqişəsi zonasında artan şiddət, mülki insan tələfatı və mülki infrastruktura, eləcə də məktəblərə, mədəniyyət və dini abidələrə dəyən ziyan, jurnalistlərin təhlükəsizliyinə təhdidin artması ilə əlaqədar ciddi narahatlığını bildirdiyi vurğulanır.

Qeyd edilir ki, UNESCO mədəniyyət abidələrinə vurulan ziyanın qarşısının alınmasını təmin etmək üçün tərəfləri xüsusən də “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyası və onun Əlavə (1954 və 1999) protokollarına əsasən, beynəlxalq humanitar hüquqla bağlı götürdükləri öhdəliklərinə əməl edərək bütün növ mədəni irsi qorumağa çağırır.

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 2222 (2015) saylı qətnaməsində jurnalistlərin, media işçilərinin və əlaqədar şəxslərin münaqişə vəziyyətində qorunması, azad, müstəqil və qərəzsiz medianın demokratik cəmiyyətin əsas təməllərindən biri kimi təşviqinə dair öhdəliklər də daxildir və bu, mülki şəxslərin qorunmasına kömək edə bilər.

UNESCO, həmçinin tərəfləri uşaqlara, müəllimlərə, təhsil işçilərinə, yaxud məktəblərə edilən hücumlardan və ya onlara zərər vurmaqdan çəkinməyə, Təhlükəsiz Məktəblər Bəyannaməsinin prinsiplərini, eləcə də məktəblərin və universitetlərin hərbi məqsədlər üçün istifadəsini məhdudlaşdıran təlimatları xatırladaraq, onları təhsil hüquqlarını qorumağa, təhsilin hücumdan qorunmasını gücləndirmək və silahlı qarşıdurma zamanı təhlükəsiz təhsilin davamlılığını təmin etmək qaydasına riayət etməyə çağırır.

Təşkilat bu öhdəliklərin həyata keçirilməsini dəstəkləmək üçün öz səlahiyyətləri daxilində lazımi kömək göstərməyə hazırdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: