Əsgərlərimizə dəstək məqsədilə növbəti videoçarx hazırlanıb - VİDEO

A- A A+

Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə ön cəbhədə döyüşən əsgərlərimizə mənəvi dəstək göstərmək, ruh yüksəkliyini artırmaq məqsədilə aksiya xarakterli videoçarx hazırlanıb.

Qalereyadan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, videoçarxda Azərbaycanın Xalq rəssamı Arif Hüseynov, Səlhab Məmmədov, heykəltəraş Akif Əsgərov, Əməkdar rəssam Azad Əliyev, Vüqar Muradov, Anar Hüseynzadə, Milena Nəbiyeva, gənc rəssam Nigar Familsoy, Həcər Əliyeva, Aysel Nağıyeva Azərbaycan əsgərlərinə döyüşlərdə göstərdikləri rəşadət və qələbələrinə görə təşəkkür ediblər.

Videoçarxı Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: