Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.
Mədəniyyət Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, layihə çərçivəsində növbəti material Mərmər kənd məscidinə həsr edilib.
Qubadlı rayonuna aid olan Məmər kənd məscidi ХVIII əsrdə inşa еdilib.
1993-cü il Qubadlı rayonu Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra məscid tamamilə dağıdılıb.
Rayon işğal edildikdən sonra türbənin hazırkı vəziyyəti məlum deyil.
Qeyd edək ki, layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.