Sinan Akçılın Azərbaycan əsgərinə həsr edilən mahnısı Türkiyədə təqdim olunub - VİDEO

A- A A+

Türkiyənin tanınmış müğənni-bəstəkarı Sinan Akçıl Azərbaycan Ordusuna mahnı bəstələyib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sənətçi bu barədə rəsmi “Instagram” hesabında bildirib.

“Daima yaşa Azərbaycan” adlı mahnının sözləri və musiqisi Sinan Akçıla aiddir.

Bu barədə danışan bəstəkar deyib: “Bu mahnı cəbhədəki Azərbaycan əsgərlərinə həsr olunub. “Qarabağ Azərbaycandır” deyən hər kəsi mahnıya qulaq asmağa və fikrini bildirməyə çağırıram, gəlin gücümüzü göstərək. Bütün dünya səsimizi eşitsin. Allah izn versə, bu mahnını yaxın zamanda Qarabağda ifa edəcəm”.

Azərbaycanlı müğənni Səidə Quliyeva ilə duet şəklində ifa edilən mahnıya hazırlanmış klip sosial mediada təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: