Məşhur fotoqrafdan Xudafərin paylaşımı - FOTOLAR
İran əsilli məşhur fransalı fotoqraf Rza Diqqəti Cəbrayıl rayonunda işğaldan azad edilmiş Xudafərin körpüsünün şəkillərini yayımlayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, o, bu paylaşımını “Instagram” səhifəsində edib.
Fotoqraf yazıb ki, Cəbrayıl rayonu Avropa ilə Asiyanın kəsişməsində yerləşir və buradan Böyük İpək yolu keçib:
“Xudafərin körpüsü 13-cü əsrdən Böyük İpək yolu üzərində Araz çayını keçmək üçün inşa edilmiş tarixi tikilidir”.