“Qarabağ – mədəniyyətimizin beşiyi”: Xubyarlı türbələri

A- A A+

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, layihə çərçivəsində növbəti material Xubyarlı türbəsinə həsr edilib.

Cəbrayıl rayonun Xubyarlı kəndində memarlıq üslubuna görə orta əsr tarixində özünəməxsus yer tutan XV əsrə aid “Dairəvi” türbə və XVI əsrə aid səkkizguşəli türbə xüsusi təmir-bərpa briqadası tərəfindən tam bərpa olunmuşdur. Lakin bu tarixi abidələr 1993-cü il Cəbrayıl rayonunun işğalı zamanı erməni vandalları tərəfindən yerlə - yeksan edilmişdir.

Qeyd edək ki, layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: