“Qarabağ – mədəniyyətimizin beşiyi”: Qarğabazar məscidi

A- A A+

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, layihə çərçivəsində növbəti material Qarğabazar məscidinə həsr edilib.

Qarğabazar məscidi Füzuli rayonunun Qarğabazar kəndində yerləşir. El arasında Şah Abbas məscidi kimi tanınan bu məscid elmi ədəbiyyatlarda Hacı Qiyasəddin məscidi kimi öz əksini tapıb. Çünki məscidin qapı çatı üzərindəki kitabədə aydınca yazılıb: “Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdirib, hicri təqvim ilə 1095”. Bu da miladi tarixi ilə 1683-1684-cü ilə uyğundur.

Məscid kəndin mərkəzindəki sal qayalı təpənin üstündə inşa edilib. Onunla eyni dövrdə tikilən karvansara isə həmin təpənin cənubunda yerləşir. Karvansara və məscid konstruksiyasının memarlıq təhlili hər iki abidənin eyni memar tərəfindən tikildiyini söyləməyə imkan verir.

1993-cü ildə Füzuli rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra məscid dağıdılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: