“Qarabağ – mədəniyyətimizin beşiyi”: Şərifan məqbərəsi

A- A A+

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, layihə çərçivəsində növbəti material Şərifan məqbərəsinə həsr edilib.

Tarixi abidə Zəngilan rayonunun Şərifan kəndində, Həkəri çayının sağ sahilində yerləşir. Qədim türbənin ancaq alt hissəsinin - sərdabəsinin qalıqları dövrümüzə qədər gəlib çatıb. Türbənin üst hissəsi dağılıb.

Şərifan sərdabəsi XIII—XIV əsrlərin qovşağında tikilmiş abidə hesab edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: