Naxçıvanda gənc rəssamların yaradıcılığı ümidvericidir - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin nəzdində yeni yaradılan Gənc Rəssamlar Bölməsi üzvlərinin hesabat sərgisində Birliyin sədri Ülviyyə Həmzəyeva danışıb. Birliyin sədri qeyd edib ki, Naxçıvanda yaşayıb-yaradan, dəsti-xətti ilə seçilən rəssamlarımıza yaradılan şərait yeni rəssamların yetişməsinə stimul yaradıb. Təcrübəli, peşəkar rəssamların yolunu davam etdirən gənc rəssamların yaradıcılığı ümidvericidir. 

Tədbirdə çıxış edənlər gənc rəssamlara uğurlar arzulayıb.

Rəssamların əsərlərindən ibarət sərgi ilə tanışlıq zamanı bildirilib ki, sərgidə 24 gənc rəssamın  müxtəlif səpkili 75 əsəri nümayiş olunub. Janr müxtəlifliyi ilə diqqəti cəlb edən əsərlərin əsas ideyasını vətənpərvərlik və milli dəyərlər təşkil edib.

Tədbirin  sonunda  gənc rəssamlara  Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinə üzvlük vəsiqələri də təqdim olunub.

                                                                               Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: