Mənsum İbrahimov Ağdam şəhərində “Qarabağ şikəstəsi”ni ifa edib - VİDEO

A- A A+

Xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimov rəhbərlik etdiyi “Qarabağ” muğam qrupunun üzvləri – Əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədovla işğaldan azad edilmiş Ağdam şəhərində olublar.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Xalq artisti Mənsum İbrahimov Ağdam Dram Teatrının binasının qalıqları önündə “Qarabağ şikəstəsi”ni oxuyub. Azərbaycandakı diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri ifanı böyük maraqla dinləyiblər.

Mənsum İbrahimov jurnalistlərə müsahibəsində deyib: “Həm həyəcanlıyam, həm də böyük sevinc içindəyəm. 27 ildən sonra Ağdamımıza qovuşmuşuq. İşğaldan azad olunan Ağdam şəhərində ilk dəfə “Qarabağ şikəstəsi” oxudum. Ağdam şəhəri də 27 ildən sonra ilk dəfə “Qarabağ şikəstəsi” eşitdi. İndiyə qədər oxuduğum “Qarabağ şikəstəsi”ndə bir nisgil, həsrət var idi. Bu gün isə sevincdən oxuyuram. Ürəyimiz sevinir. Ağdamın havasını udaraq oxuyuram “Qarabağ şikəstəsi”ni. Bundan böyük xoşbəxtlik yoxdur. Bu xoşbəxtliyi bizə nəsib etdiyi üçün Müzəffər Ali Baş Komandana təşəkkür edirəm”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: