İspaniyada Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinə həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb - FOTOLAR

A- A A+

Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 11 avqust tarixli Sərəncamına uyğun olaraq, ölkəmizin İspaniyadakı səfirliyinin təşəbbüsü ilə İspaniyanın Dövlət Poçt və Teleqraf Cəmiyyəti tərəfindən xüsusi poçt markaları hazırlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, üzərində Əhmədiyyə Cəbrayılovun təsviri əks olunan poçt markaları İspaniyada dövriyyəyə buraxılıb.

Bundan əvvəl də səfirlik tərəfindən Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir və publisist Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileylərinə həsr olunmuş xüsusi poçt markaları çap etdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: