Ağdam teatrının qarşısındakı məşhur heykəl bu hala salınıb - FOTOLAR
Ağdamda bir dənə də olsun salamat bina qalmayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, məşhur fotojurnalist Reza Deqati növbəti dəfə işğaldan azad olunmuş Ağdamdan görüntülər paylaşıb.
Ağdamı 21-ci əsrin Xirosiması adlandıran fotoqraf Ağdam Dövlət Dram Teatrının qarşısında yerləşən fəvvarənin içində olan Fərhadın külünglə heykəlini taparaq fotolarını çəkib:
"Həmin heykəli teatrdan bir kilometr uzaqlıqda tapdım, heykəl parçalanıb, baş hissəsini tapa bilmədim",- deyə fotoqraf qeyd edib.