Alban kilsələri – tariximizin qədim izləri - VİDEO
Dövlət Tərcümə Mərkəzi müasir Azərbaycan ərazilərində əsrlər boyu yaşamış albanların qədim tarixindən, azəri türkləri ilə birgə yaşayışı və ortaq mədəniyyətindən, 1836-cı il martın 11-də Rusiya imperatoru I Nikolayın fərmanı ilə erməni qriqorian Kilsəsinin tabeliyinə verilmiş Alban Həvvari Kilsəsinin sonradan məkrli erməniləşdirmə siyasəti ilə saxtalaşdırılmasından bəhs edən “Alban kilsələri – tariximizin qədim izləri” adlı sənədli videoçarx hazırlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, beynəlxalq internet məkanında, sosial şəbəkələrdə ingilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrain, ispan və alman dillərində yayımlanacaq videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib.