Milli Kitabxanada “Görkəmli bəstəkar Tofiq Bakıxanov” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

A- A A+

Bu gün zəmanəmizin qüdrətli bəstəkarı, Xalq artisti, “Şöhrət” ordenli, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Tofiq Bakıxanovun 90 illik yubileyi tamam olur. Tofiq Bakıxanov əsərləri ilə Azərbaycan musiqisinə, incəsənətinə saysız-hesabsız incilər bəxş edib, “Nəva”, “Humayun”, “Rahab”, “Şahnaz”, “Dügah” simfonik muğamları ilə yanaşı, digər əsərləri də musiqi mədəniyyətimizin tarixində özünəməxsus yer tutub. Bəstəkarın əsərləri nəinki Azərbaycanda, eləcə də dünyanın bir çox ölkələrində rəğbətlə qarşılanıb.

Bu münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “Görkəmli bəstəkar Tofiq Bakıxanov” adlı sərgini virtual rejimdə istifadəçilərə təqdim edib.

Kitabxanadan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, virtual sərgidə dahi bəstəkar haqqında Azərbaycanın görkəmli şəxsiyyətlərinin fikirləri, müəllifi olduğu kitablar, eləcə də həyat və yaradıcılığına dair kitablar, məqalələr, fotolar nümayiş olunur. Virtual sərgidə təqdim olunan materiallar tam mətnləri ilə verilib.

Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: