DTX tərəfindən 30 ildən sonra Cıdır düzündə təşkil olunan ilk konsert proqramı - VİDEO
Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin Şuşada təşkil etdiyi konsertin geniş görüntüləri yayılıb.
İşğaldan azad olunmuş Şuşa şəhərində qulluq keçən hərbçilər üçün Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzi tərəfindən məşhur Cıdır düzündə 30 ildən sonra ilk dəfə təşkil olunmuş konsert proqramının görüntüləri yayımlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi DTX-nin rəsmi "youtube" hesabına istinadən həmin görüntüləri təqdim edir: