Şuşa məscidinin minarələrindən səslənən möhtəşəm azan - VİDEO
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinin Şuşada hərbçilər üçün təşkil etdiyi ilk konsert proqramının videogörüntüləri paylaşılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, konsertdən əvvəl tanınmış muğam ifaçıları Mirələm Mirələmov və Təyyar Bayramov Şuşa məscidinin minarələrindən azan səsləndiriblər.
Xatırladaq ki, konsert proqramı DTX-nin Şuşa rayon idarəsinin yeni inzibati binasının açılışı münasibətilə təşkil olunub. Otuz ildən sonra ilk dəfə Şuşada, Cıdır düzündə “Bayatı-şiraz” dəstgahı oxunub, Qarabağa və Şuşaya həsr olunmuş mahnılar səsləndirilib.