Misirli tədqiqatçı dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş məqalə yazıb

A- A A+

Misirli tədqiqatçı və jurnalist Əhməd Abdo Tərabik “Şuruk” qəzetində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş geniş məqalə ilə çıxış edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İslam dünyasının bəşər mədəniyyətinə dahi şəxsiyyətlər bəxş etdiyini vurğulayan tədqiqatçı Nizami Gəncəvinin orta əsrlər müsəlman Şərqində poeziya və fəlsəfi fikrin ən parlaq nümayəndələri sırasında özünəməxsus yeri olduğunu qeyd edib. “Nizami Gəncəvi İslam poeziyasının sütunlarından biri və böyük ustad idi. Mənim çalışdığım Ayn-Şəms Universitetində Misir və Azərbaycan alimlərinin iştirakı ilə beynəlxalq konfrans keçirilməsi nəzərdə tutulur”, - deyə Ə.Tərabik diqqətə çatdırıb.

Məqalədə Nizami Gəncəvinin həyatı və zəngin ədəbi irsi- “Xəmsə”yə daxil olan poemalar barədə ətraflı məlumat verilib. Müəllif qeyd edib ki, ərəb dilini də mükəmməl bilən dahi şairin əsərləri bir çox ərəb şairləri üçün də ilham mənbəyi olub. Ə.Tərabik vurğulayıb: “Orta əsrlərdə Şərq poeziyasının və fəlsəfəsinin çiçəklənməsi Nizami Gəncəvi kimi dahi şəxsiyyətlərin sayəsində baş verib. Elm və mədəniyyəti İslam aləmindən əxz etmiş və yeni sivilizasiya yaratmış Qərb şairləri və mütəfəkkirləri də bu zəngin irsdən bəhrələnib”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: