Cəlil Məmmədquluzadənin ev muzeyində seminar-treninq keçirilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Cəlil Məmmədquluzadənin ev muzeyində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə muzey əməkdaşları üçün “Muzey işinin təşkilində ənənəvi və onlayn fəaliyyətin əlaqələndirilməsi. Onlayn materialların  hazırlanmasına verilən tələblər” mövzusunda seminar-treninq keçirilib.

Mədəniyyət Nazirliyinin şöbə müdiri Gülbuta Babayeva  bildirib ki, müasir muzeylərin fəaliyyətinin nəzərdən keçirilməsi, muzeylərdə informasiya texnologiyalarından istifadə, onlayn və adi sərgilərin hazırlanması barədə artıq bir sıra işlər görülüb.  Belə ki, Nazirliyin sistemində fəaliyyət göstərən Heydər Əliyev, Naxçıvan Dövlət Tarix, Bayraq, Xalça, Duz və Əlincəqala Tarix-Mədəniyyət muzeylərinin, Qarabağlar Türbə Kompleksinin saytları fəaliyyət göstərir. Həmçinin muzeylərin hər birinin sosial şəbəkə hesabları vardır. 2020-ci ilin aprel ayından mövcud vəziyyətlə bağlı onlayn tədbirlərin keçirilməsi, sosial şəbəkələr vasitəsilə milli-mənəvi dəyərlərin, muzeylərdə qorunan mədəni sərvətlərin təbliği istiqamətində bir çox işlər görülüb.

Muzeylər tərəfindən ümumilikdə, Instagram və Facebook səhifələrinin hər birində  on beş mindən artıq paylaşım edilib. 

Tədbirdə Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli mövzu ilə bağlı çıxış edərək seminar-treninqin əhəmiyyəti barədə dinləyicilərə məlumat verib.

Tədbirin sonunda bələdçinin ekskursiya aparmasının müzakirəsi olub. İştirakçılar muzey ekspozisiyasına baxış keçiriblər.

Səftər Sadiqov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: