Naxçıvan Dövlət Musiqili Dram Teatrında ilin ilk onlayn tamaşası təqdim edildi - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Musiqili Dram Teatrında cari il üçün tamaşaların onlayn nümayişinə start verilib. Cəfər Cabbarlının “Aydın” pyesi əsasında hazırlanan eyniadlı tamaşa ilin ilk səhnə həlli kimi teatrsevərlərə təqdim edilib.

Görkəmli yazıçı Cəfər Cabbarlının “Aydın” pyesində hadisələr XX əsrin əvvəllərindəki neft və milyonlar şəhəri olan Bakıda cərəyan edir. Pyes gənc bir ziyalı ailəsinin qurulması ilə başlanır və onun məhv olması ilə də bitir.

Xatırladaq ki, ötən ilin may ayında Naxçıvan Dövlət Musiqili Dram Teatrı “Aydın” tamaşasından bir hissəni onlayn formada teatrsevərlərə təqdim etmişdi.

Tamaşa Naxçıvan Dövlət Televiziyası və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin internet resurslarında, həmçinin sosial şəbəkə hesabları vasitəsilə canlı yayımlanıb.

Mədinə Rəhimli

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: